2018/2019 mövsümündə əsas komandaya rəhbərlik edəcək Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib. Belə ki, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2008-2011 U-15 və U-17 milli komandalarımız, 2009-2011 "Rəvan", 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva CSKA-sının Futbol akademiyasında çalışıb.