DÇ-2018: Siyası qalmaqal yaranıb-foto

DÇ-2018: Siyası qalmaqal yaranıb-foto

DÇ-2018-in dünən keçirilən Serbiya - İsveçrə oyununda qalmaqal yaranıb. Belə ki, İsveçrə millisinin futbolçusu Xerdan Şakirinin oyunda geyindiyi butsun üzərində Kosovonun bayrağı əks olunub. Bu isə qarşı tərəfin ciddi narazılığına səbəb olub. Çünki Kosovanın müstəqiliyini Serbiya qanunsuz hesab edir. İsveçrənin qələbə qolunu isə oyunun (2:1) 90-cı dəqiqəsində məhz Şakirin vurması  qalmaqalı bir az da böyüdüb. Qarşılaşmadan sonar Serbiya Futbol Federasiyasının baş katibi Yovan Şurbatoviç bildirib ki, oyundan əvvəl Şakirinin belə bir butsla meydana çıxmasının qarşısını almaq üçün FİFA-ya müraciət etsələr də qarşı tərəf burda siyasi heç nəyin olmadığını deyib. Verilən məlumatlara görə Serbiya FF oyunun hakimliyi ilə FİFA-ya şikayət etmək fikrindədir.