DÇ-2018: Azarkeşlər rəqib yığmanı yatmağa qoymadı - video
13:26 25.06.2018
17178
Dünya çempionatının 3-cü turunda bu gün Portuqaliya ilə qarşılaşacaq İran millisinin azarkeşləri komandalarına bir gün əvvəlcədən dəstək olmağa başlayıblar. Belə ki, onlar Portuqaliya yığmasının Saranskda qaldığı otelin qarşısına gələrək səs-küy salmaqla futbolçuların istirahətini pozmağa çalışıblar. Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo əl işarəsilə iranlı azarkeşlərə yatmaq istədiyini bildirərək onlardan sakit olmağı xahiş etsə də vəziyyət bir müddət davam edib.
Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.