Futbolçu qırmızı vərəqəyə görə ölümlə təhdid edilir

 Futbolçu qırmızı vərəqəyə görə ölümlə təhdid edilir

Kolumbiya millisinin futbolçusu Karlos Sançez ölüm təhdidi ilə üzləşib. Buna səbəb onun dünya çempionatının ilk turu çərçivəsində Yaponiya ilə matçda qırmızı vərəqə almasıdı.
Belə ki, kolumbiyalı azarkeşlər Yaponiyaya 1:2 hesablı məğlubiyyətdə 32 yaşlı yarımmüdafiəçini günahlandırırlar. Onlar artıq bununla bağlı sosial şəbəkələrdə paylaşımlar da ediblər. 3-cü dəqiqədə meydandan qovulan Sançezi Andre Eskobarın taleyi gözlədiyini də gizlətməyiblər: «Əgər Eskobar DÇ-1994-də öz qapısına qol vurduğu üçün öldürüldüsə, o zaman Sançez də öldürülməlidi. Meyiti də mundarlanmalıdır». Artıq bu paylaşım Kolumbiya polisini də hərəkətə keçirib. Asayiş keşikçiləri bu paylaşımların sahiblərini aşkara çıxarmaq üçün xüsusi qrup yaradıblar. Ölkə radiosu isə kiber cinayətlə bağlı istintaq başladığını açıqlayıb.