Samir Ələkbərov "Sumqayıt"-da

 Samir Ələkbərov "Sumqayıt"-da
 
2018/2019 mövsümündə əsas komandaya rəhbərlik edəcək Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Samir Ələkbərov "Sumqayıt” FK-da baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, 2004-2005-ci illərdə "Neftçi", 2006-2008-ci illər ərzində isə "Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Samir Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət milli komandamız olub.