Leonel Messi yığmadakı karyerası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Argentinalı ulduz yığmadakı karyerasını başa vurması barədə xəbərləri təkzib edib. 31 yaşlı futbolçu millidə çıxışını davam etdirəcəyini deyib. O bildirib ki, Rusiya keçirilən dünya çempionatı onun üçün son yarış olmayacaq: "İndiyə kimi ən əhəmiyyətli turnirlərin hamısını qazandım. Amma sonuncusu üçün çox həvəsliyəm. Ölkəmi dünya çempionu etməyincə futbolu buraxmayacam”.Qeyd edək ki, DÇ-2018-də D qrupunda yer alan Argentina İslandiya ilə heç-heçə edib (1:1), Xorvatiyaya uduzub (0:3). Messinin komandası son turda Nigeriya ilə üz-üzə gələcək.