Britaniya şahzadəsi: "Bu oyunun hesabını mənə deyəni edam etdirəcəyəm”

Britaniya şahzadəsi: "Bu oyunun hesabını mənə deyəni edam etdirəcəyəm”

Britaniya şahzadəsi Uilyam Yaxın Şərq ölkələrinə rəsmi səfərə çıxıb. 36 yaşlı Kembric şahzadəsi səfər çərçivəsində İordaniyada olub.
İordaniyanın 23 yaşlı vəliəhd şahzadəsi Hüseyn bin Abdulla ilə bir araya gələn Uilyam Britaniya kraliçası 2-ci Yelizavetanın ad günü münasibətilə Əmmanda təşkil olunmuş təntənəli qəbulda iştirak ediblər.
Səfərdə olduğu üçün Rusiyada keçirilən DÇ-2018-nin İngiltərə-Panama matçının translyasiyasına baxa bilməyən
şahzadə Uilyam qarşılaşmanın videoyazısına Əmmandakı kral iqamətgahında şahzadə Hüseynlə birlikdə baxıb.
Maraqlıdır ki, matç başlayan zaman şahzadə Uilyam zarafatla "Bu oyunun hesabını mənə deyəni edam etdirəcəyəm!" söyləyib. O, matçın videoyazısına baxanadək hesabı öyrənmək istəməyib.