Maradona xəstəxanaya aparıldı - VİDEO

Maradona xəstəxanaya aparıldı - VİDEO
Argentinanın keçmiş futbolçusu, sabiq baş məşqçi Dieqo Maradona xəstəxanaya yerləşdirilib. Məlumata görə, Argentina ilə Nigeriya arasında keçirilən oyundan sonra o, stadionun binasında stulun üstünə yıxılıb. Rusiyalı həkimlər dərhal Maradonaya tibbi yardım göstəriblər və o, yerli xəstəxanaya aparılıb. Oyun Argentina yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatsa da, görünür gərgin anlardan onun vəziyyəti ağırlaşıb.