Dünya çempionatının D qrupunda yer alan Argentina və Xorvatiya millilərinin oyunu bəzi azarkeşlərdə sevinc hiss oyatsa da, bzilərini yasa qərq edib. Belə ki, Hindistan mətbuatının məlumatına görə, Lionel Messinin "dəli" azarkeşi olan Dinu Aleks Argentinanın DÇ-2018-də uğursuz oyunlarından sonra intihar edib. Xorvatiya ilə oyundan sonra bir dərənin dibində ölü olaraq tapılan Dinu Aleksin evinə baxış keçirilən zaman məktub tapılıb. Həmin məktubda bu sözlər yazılıb: «Artıq bu dünyada baxacaq heç nəyim qalmadı. Ölümün dərinliyinə gedirəm. Ölümümə görə heç kim məsuliyyət daşımır».