Azarkeşlərə spirtli içki satılacaq

Azarkeşlərə spirtli içki satılacaq

Futbol azarkeşləri gələn mövsümdən Çempionlar Liqası və Avropa Liqası matçlarında spirtli içki ala biləcəklər.
UEFA İcraiyyə Komitəsi avrokubok oyunlarında alkoqol satışına dair qanuna dəyişiklik edib. İndi alkoqol məhsullarının stadionlarda satışı oyunları qəbul edən ölkələrin qanunvericiliyinə uyğun həyata keçiriləcək.
Qeyd edək ki, UEFA alkoqol məhsullarının stadionlarda və digər meydanlarda satışına 2000-ci ildən qadağa qoymuşdu.