Hüseyn İsmayılov yarışlardan müvəqqəti kənarlaşdırıb

Hüseyn İsmayılov yarışlardan müvəqqəti kənarlaşdırıb


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ağırlıqqaldıran Hüseyn İsmayılovu bütün yarışlardan müvəqqəti kənarlaşdırıb.
Federasiyasının rəsmisaytınınməlumatına əsasənbunasəbəb kimi İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilib. 19 yaşlı atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanıb. Bunun təsdiqi sübuta yetirildikdən sonra müvafiq qərar veriləcək. Hazırda araşdırma davam edir.
Qeyd edək ki, Hüseyn İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanıb.