Dünya futbolunun əfsanəsi Diyeqo Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib. Maradona həmyerlilərinin Rusiyada keçirilən dünya çempionatındakı uğursuz çıxışının səbəbkarı kimi baş məşqçini göstərib: "İnsanlar inanırdılar ki, Sampaoli kompüter, dronlar və 14 köməkçisi sayəsində problemi həll edəcək. Argentina necə oynadığını bilmir. Komanda nə yarımmüdafiədə, nə müdafiədə, nə də hücumda oynaya bilmir. Biz bunu Xorvatiya ilə görüşdə də əyani şəkildə gördük.Maradona baş verənlərə görə, federasiya rəhbəriyini də günahlandırıb: "Federasiyaya futboldan kənar adamlar rəhbərlik edirlər. Onların heç bir planı yoxdur. Hər şeyi özbaşına buraxıblar. Mən Argentinanın son məşqində iştirak etmək və futbolçulara başa salmaq istəyirəm ki, milli komandanın formasını geyinmək nə deməkdir. Messi necə lazım idisə, elə də oynadı. Bir nəfərin bütün komandanın problemini təkbaşına həll etməsi çox çətindir”.
Xatirladaq ki, Maradona bu sözləri yığmanın Xorvatiya millisinə böyük hesabla udizmasından sonra deyib.