Bakı toplanışını başa vuran "Keşlə” FK UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlıqlarını davam etdirmək məqsədilə Türkiyənin Kızılcahamam vilayətinə gedib.Patalya hotelində məskunlaşan komanda iyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını iyun ayının 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın "NK Celik Zenica" komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
İkinci yoxlama matçında rəqibimiz "Levadia” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma iyulun 3-də Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.
Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə komandamız İranın "Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı barədə əlavə məlumat veriləcək.