Rəhman Hacıyev daha 1 il "Neftçi"də

Rəhman Hacıyev daha 1 il "Neftçi"də


"Neftçi” PFK Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək. Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.
Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yenilənmişdi.