Mövsümün sonunda "Arsenal"dan ayrılan Cek Uilşer karyerasını Türkiyədə davam etdirəcək. 26 yaşlı yarımmüdafiəçi "Fənərbaxça" ilə anlaşıb. Artıq Uilşirin İstanbulda olduğu bildirilir. Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan ingiltərəli futbolçu 2008-ci ildən London klubunun əsas komandasında çıxış edirdi.