
"Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb. Olimpnews.az xəbər verir ki, Ağdam klubu qapıçı Anton Kanibolotskinin növbəti ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib. Komandanın təlim-məşq toplanışına qatılmayan 30 yaşlı qolkiper artıq azad agent statusuna malikdir.