Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” klubu ilə qarşılaşıb.
Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin "Mura” stadionunda baş tutub. Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. İki qol vuran xorvatiyalılar 2:0 hesabı ilə qalib gəlib.