Belçika İngiltərəni məğlub edib - video

Belçika İngiltərəni məğlub edib - video


Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının "G” qrupunda mübarizəyə iyunun 28-də yekun vurulub. Qrupda yer alan Belçika və İngiltərə komandaları çempionatda qarşı-qarşıya gəliblər. Görüşdə belçikalılar 1:0 hesabı ilə qalib gəliblər. Oyunda Belçika yığmasında yeganə qolun müəllifi 51-ci dəqiqədə fərqlənən Adnan Yanuzay olub. Beləliklə, bu qələbədən sonra Belçika millisi "G" qrupunun lideri kimi səkkizdəbir final mərhələsinə yüksəlib