Sarı vərəqələrin çoxluğuna görə Seneqal millisi 1/8 finala vəsiqə əldə edə bilməyib. Belə ki son turdan sonra hərəyə 4 xal toplayan Yaponiya və Seneqal müvafiq olaraq ikinci-ücüncü yeri tutub. Hər iki komandanın vurduğu və buraxdığı qollar eyni olduğundan və aralarındakı oyun 2:2 qurtardığından sarı vərəqənin azlığına görə Yaponiya növbəti mərhələyə keçib. Qeyd edək ki, bu dünya çempionatları tarixində bir ilk olub.