Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçəcək. Klubun feysbuk səhifəsinin məlumatına görə, paytaxt təmsilçisinin qonşu ölkədə qalacağı otel və yoxlama görüşündə qarşılaşacağı bir rəqib bəlli olub.İyulun 9-da Türkiyəyə gedəcək komanda Kızılcahamamda "Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq və "Gənclərbirliyi” ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmanın tarixi hələlik açıqlanmayıb.