İnyesta milli karyerasını başa vurub

 İnyesta milli karyerasını başa vurub


İspaniya yığmasının üzvü Andres İnyesta milli karyerasını başa vurub. O bu qərarı DÇ-2018-in 1/8 finalında Rusiyaya uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra açıqlayıb.
Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edirdi. Bu müddət ərzində İnyesta 136 oyuna 13 qol vurub. O, yığma ilə dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.