Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün üçüncü yoxlama oyununda Bosniya və Herseqovinanın "Çelik” komandasına 4:1 hesablı ilə qalib gəlib. Komandamızın qollarını Emin Mahmudov (14), Rəhman Hacıyev,(18 və 34 (penalti)) və Namiq Ələsgərov ( 60) vurub.