Azər Məmmədov: “Bu komanda ilə gələcəyə nikbin baxmaq olar”
11:33 03.07.2018
16306
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Azər Məmmədovun oyun barədə fikirləri: "Çalışırıq ki, futbolçularımız özlərindən yaşca böyüklərlə qarşılaşsınlar. Bundan öncə U-17 ilə üz-üzə gəlmişdik. Düzdü, həm əvvəlki, həm də bu oyunda məğlub olduq. Amma bizi indi nəticə maraqlandırmır. Əsasən, futbolçularda xarakter, mübariz keyfiyyətləri görmək istəyirəm. Futbolçular hər iki oyunda bu baxımdan özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün rəqibin üzvləri futbolçularımızdan 4-5 yaş böyük olsa da, hamısından razı qaldım. Komandanın oyunu məni sevindirdi. Bu komanda ilə gələcəyə nikbin baxmaq olar. Təbii ki, çatışmayan cəhətlər də var və o yöndə çalışacağıq. İyulun 4-də "Sabah”ın əvəzedici komandası ilə qarşılacağıq”.