Yapon azarkeşləri dilxor olsalar da tribunaları təmizləyiblər
11:05 03.07.2018
11555
Yaponiya milli komandasının azarkeşləri komandalarının uduzduqları oyundan sonra da adətlərini pozmayıb tribunalarını təmizləyiblər. Belə ki, Belçika yığması ilə dünya çempionatının 1/8 final matçından sonra dilxor olsalar da təmizlik işlərini unutmayıblar. Komandaları 2:0 öndə ola-ola oyundan məğlub (2:3) ayrılaraq dünya çempionatında mübarizələrini dayandırıblar.