"Qarabağ" heyətini UEFA-ya təqdim edib

"Qarabağ" heyətini UEFA-ya təqdim edib




"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Olmpiya" ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFAya təqdim edib.
Klubun rəsmi Feysbuk səhifəsinə əsasən siyahıda 21 futbolçu qeyd olub.

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev
Müdafiəçilər: 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Donald Gerye, 91. Coşqun Diniyev
Hücumçu: 11. Mahir Mədətov

"Qarabağ" oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə edə bilər.
Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında ilk matç iyulun 11-də Sloveniyada, cavab oyunu isə 1 həftə sonra Bakıda keçiriləcək.