"Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. Lüksemburqun "Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən "A” vərəqində 18 futbolçu yer alıb.
Qapıçılar: Dmitri Bezotosnıy, Aqil Məmmədov
Müdafiəçilər: Ürfan Abbasov, İlqar Qurbanov, Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Rasim Ramaldanov, Voyislav Stankoviç
Yarımmüdafiəçilər: Qismət Alıyev, Lalavele Atakora, Cavid Hüseynov, Roman Hüseynov, Elvin Camalov, Sabien Lilay, Asif Məmmədov
Hücumçular: Stiven Cosef-Monroz, Rauf Əliyev və Ceyms Adeniyi daxil edilib.
Qeyd edək ki, "Qəbələ” ilə "Proqres” kollektivi arasında ilk oyun iyulun 12-də Qəbələdə keçiriləcək.