Xorxe Sampaoli işini davam etdirəcək

Xorxe Sampaoli işini davam etdirəcək


Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli vəzifəsində qalacaq.
Bu barədə qərar Argentina Futbol Federasiyasının prezidenti Kladio Tapieylə görüşdən sonra verilib.
DÇ-2018-dəki uğursuz çıxışdan sonra Sampaolinin istefaya göndəriləcəyi gözlənilirdi. Lakin onun Argentina ilə 5 illik müqaviləsi olduğundan federasiya üçün bu qərarı vermək asan deyil. Sampaolinin müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi halda ona 8 milyon avro təzminat ödənməlidir.
Qeyd edək ki, 58 yaşlı mütəxəssis 2017-ci ildən Argentina yığmasını çalışdırır.