DÇ-2018-in final oyununa hakim təyinatları açıqlanıb. FİFA-nın saytının məlumatına görə, iyulun 15-də Fransa və Xorvatiya arasında keçiriləcək həlledici matçı argentinalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nestor Pitana olacaq.İyulun 14-də Belçika və İngiltərənin üçüncülük uğrunda oyunu isə iranlı hakimlərə tapşırılıb. Matçı Əlireza Fəqani idarə edəcək.