Azərbaycan Premyer Liqasının debütantı "Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Cavid İmamverdiyevin keçidi ilə bağlı "Sumqayıt”la razılıq əldə edilib. Azərbaycan millisinin əsas üzvlərindən olan yarımmüdafiəçi ilə üçillik müqavilə bağlanılıb.Qeyd edək ki, Cavid İmamverdiyev karyerası ərzində "Karvan”, "Neftçi”, "Elazığspor” (Türkiyə) və "Sumqayıt”ın formasını geyinib. İyirmi səkkiz yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasının formasında çıxdığı 7 oyunda 1 qol vurub. O, millinin bu il keçirdiyi altı qarşılaşmanın hamısında meydana çıxmaq şansı qazanıb.
Xatırladaq ki, futbolçu İdman Araşdırmalar Mərkəzinin 2017-2018-ci il mövsümünün ən yaxşı oyunçusu seçilib.