Dünən Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyununun ilk hissəsində zədələnərək əvəzlənən Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.
Bu gün keçirilən tibbi baxışdan sonra məlum olub ki, yarımmüdafiəçinin sol dizində ön çarpaz bağ gərilib və hissəvi qopma olub. Sabah futbolçunun dizi növbəti dəfə müayinə olunacaq. Yalnız bundan sonra Namik Ələskərovun müalicəsinin nə qədər müddət çəkəcəyi müəyyənləşəcək. Bu haqda əlavə məlumat veriləcək.