Namik Ələskərov 1 ay oynamayacaq

Namik Ələskərov 1 ay oynamayacaq

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyununun ilk hissəsində zədələnərək əvəzlənən Namik Ələskərov bu gün növbəti dəfə müayinə olunub. 23 yaşlı yarımmüdafiəçi təxminən 1 ay müalicə olunub, fərdi məşqlər keçəndən sonra komanda ilə məşqlərə qoşulacaq.


Qeyd edək ki, dünənki tibbi baxışdan sonra Ələskərovun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.