Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç DÇ-2018-in ən yaxşı oyunçusu seçilib. Ona bu münasibətlə "Qızıl top" mükafatı təqdim olunub. Turnirin ən yaxşı qapıçısı Tibo Kurtua (Belçika), ən yaxşı gənc oyunçusu isə Kilian Mbappe (Fransa) seçilib.