
Xorxe Sampaolinin Argentina millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. Belə ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar. Sampaoli ilə yanaşı, onun köməkçilərinin də fəaliyyətinə xitam verilib.Qeyd edək ki, Argentina millisi DÇ-2018-də mübarizəni 1/8 finalda dayandırıb. Sampaoli 2 milyon dollar həcmində kompensasiya alacaq.
