“Səbail” “Əl Şəhaniyə” komandası ilə heç-heçə oynayıb
11:08 16.07.2018
10129
İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan "Səbail” növbəti yoxlama oyununda Qətərin "Əl Şəhaniyə” komandası ilə qarşılaşıb. Ankara Kızılcahamam "Soğuksu Açık Spor Kompleksi”nin meydançasında baş tutan matçda qalib müəyyənləşməyib. "Səbail” fasiləyə 2 top irəlidə yollansa da, ikinci hissədə qısa müddətdə ardıcıl qollar buraxaraq üstünlüyünü əldən verib.Komandamızın qollarını Ruslan Qurbanov (35) və Ağabala Ramazanov (43) vurub.