Rusiya estafeti Qətərə verdi

Rusiya estafeti Qətərə verdi


DÇ-2018-in ev sahibi Rusiya təşkilatçılıq haqqını Qətərə təhvil verib. Bu məqsədlə keçirilən mərasimdə FİFA prezidenti Canni İnfantino, Qətər əmiri Şeyx Temmim bin Hamad el Sani və Rusiya prezidenti Vladimir Putin iştirak edib. Təşkilatçılıq hüququnu təmsil edən futbol topunu Putin İnfantinoya təhvil verib. İnfantino isə bu topu Şeyx Temmim bin Hamad el Saniyə təqdim edib. Belə ki, Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.