2018/2019 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt” Futbol Klubunun əvəzedici komandası təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib. Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda çalışmalarını davam etdirir. 2-ci mərhələdə komandamız 4 yoxlama görüşü keçirməyi planlaşdırır.Əvəzedicilərimiz 18, 21, 25 iyul və 1 avqust tarixlərində müvafiq olaraq Region Liqası təmsilçisi "Tufan” ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "Səbail” ilə "Bayıl Arena”da, "Keşlə” ilə "İnter Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq. Bütün qarşılaşmalar saat 18:00-da start götürəcək.