İslandiya milli komandasının baş məşqçi Heymir Hadlqrimsson başa çatan müqaviləsinin müddətini uzatmayıb.O, 2011-ci ildən məşqçi kimi çalışdığı yığmaya 2014-cü ildə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında AÇ-2016-da debüt edib və 1/4 finala qədər irəliləyib. DÇ-2018-də isə islandiyalılar yer aldıqları D qrupunda 1 xalla sonuncu yeri tutub.