“Qarabağ” bu gün cavab oyunu keçirəcək

“Qarabağ” bu gün cavab oyunu keçirəcək

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan "Qarabağ” bu gün cavab oyunu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Erez Papir
Baş hakimin köməkçiləri: David Elias Biton, Eliyahu Casapu
Dördüncü hakim: David Fuxman
(Hakimlər briqadası İsraildəndir)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
Hakim-inspektor: Sokol Jareci (Albaniya)
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.