"Sabah" heç-heçə edib

"Sabah" heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı "Sabah" klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 18-də ilk yoxlama oyununu yerli "Giresunspor" komandasına qarşı keçirib. Oyun bərabərliklə (1:1) başa çatıb və komandamızın yeni transfer etdiyi ukraynalı futbolçu Vitali Kvaşuk fərqlənib.
"Sabah" növbəti yoxlama oyununu iyulun 28-də Türkiyə Superliqa təmsilçisi "Alanyaspor"a qarşı keçirəcək.