"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında evdə "Olimpiya"yla 0:0 hesablı heç-heçə edərək növbəti mərhələyə vəsiqə qazanb. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Öncə futbolçuları təbrik edirəm. Sona qədər mübarizə apardılar. Alqışa layiq idilər. Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bundan sonra çətin oyunlar bizi gözləyir. Hər rəqibə qarşı ciddi hazırlaşacağıq. Və hər bir halda biz hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidilər. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız".