Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Təmsilçilərimizdən "Qəbələ” də mərhələnin cavab oyununa çıxacaq.
Sənan Qurbanovun komandası Lüksemburqda "Proqres”in qonağı olacaq. Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan "qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çalışacaq.
19 iyul
Avropa Liqası: "Proqres” – "Qəbələ”
1-ci təsnifat mərəhləsinin cavab oyunu
19 iyul
21:30. "Proqres” (Lüksemburq) – "Qəbələ” (Azərbaycan)
İlk oyun – 2:0
Differdanj. Şəhər Munisipal stadionu