Mayami Qran-Prisi 2020-ci ildə keçiriləcək

Mayami Qran-Prisi 2020-ci ildə keçiriləcək


Formula 1 Almaniya Qran-Prisi zamanı şayiələr gəzirdi ki, "Liberty Media” və F1 Mayami Qran-Prisinin promouterləri 2019-cu il mövsümündə Mayami yürüşünü keçirmək üçün macal tapıb bütün detalları razılaşdıra bilmirlər. Buna görə də Formula 1-in Mayami mərhələsinin vaxtını dəyişərək, 2020-ci ildə keçirmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, iyulun 24-də bu məlumat təsdiqlənib. Kommersiya direktoru Şon Bratçes deyib: "Son aylar biz promouter Stiven Ross və Mayaminin hakimiyyət orqanları ilə birlikdə bu şəhərdə F1 çempionatının mərhələ yarışını keçirmək arzumuzu reallaşdırmaq üzərində gərgin işləmişik. Nəzərəçarpacaq uğurlar əldə etmişik, hərçənd danışıqlar gərgin keçib.
Biz həmişə azarkeşlərə, pilotlara və komandalara gözəl şərait yaratmaq barədə düşünmüşük. Amma indi başa düşürük ki, 2019-cu ildə buna nail ola bilməyəcəyik. Odur ki, Mayaminin hakimiyyət orqanları ilə birlikdə qərara gəlmişik ki, danışıqları yayın sonunadək təxirə salaq və birinci yürüşü 2020-ci il mövsümündə keçirək”.