Azərbaycan Qran-Prisi ilin ən yaxşı mərhələsi seçilib

Azərbaycan Qran-Prisi ilin ən yaxşı mərhələsi seçilib


Formula-1 Azərbaycan Qran-Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub. Bu, Formula-1-in "Twitter” səhifəsində keçirilmiş sorğusu nəticəsində məlum olub.
Sorğuda iştirak edənlərin 62 faizi Azərbaycan Qran-Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran- Prisi tutub.
Qeyd edək ki, bu il aprelin 27-29-da keçirilmiş Azərbaycan Qran- Prisinin qalibi "Mersedes”in britaniyalı pilotu Luis Hamilton olub.