Hamilton nə fikirləşir?

Hamilton nə fikirləşir?


"Mersedes” komandasının pilotu Luis Hamilton bu il fəaliyyətinin çox vaxtını Formula-1 yürüşlərindən kənarda sərf etməyə çalışıb. Məsələn, o, dəbli geyim firmaları ilə əməkdaşlıq edərək, xeyriyyə layihələrində çalışmaq, o cümlədən uşaqların təhsilinə kömək etmək istəyini bildirib.
"Autosport” nəşri Hamiltondan sitat gətirərək yazır: "Mən Formula-1 hüdudlarından kənarda nə baş verdiyini, həqiqətən, bilmirəm. Bir çox idmançılar idmanda ömürləri boyu qalırlar. Mən 8 yaşından yürüşlərdəyəm.
Bundan sonra daha nə ilə məşğul olmaq arzumu aydınlaşdırmaq istəyirəm. Təbii ki, karyeramı başa vurduqdan sonra yürüşlərdə qalmaq mənim üçün çox asandır. Mümkündür ki, mən hətta ikinci Toto (Red: Toto - "Mersedes”in rəhbəri) ola bilərəm. Lakin yeni nə isə öyrənmək mənə maraqlıdır”.