"Toro Rosso” komandasının pilotu, Formula 1-də ilk addımlarını atan Aleksander Albon tezliklə çempionatın təqviminə Tailand Qran-Prisinin əlavə olunacağına ümid bəsləyir.
A.Albon bu barədə deyib: "Mənim üçün Tailand bayrağı altında yarışmaq böyük əhəmiyyət kəsb edir. Ölkəmizdən olan pilotun Formula 1-də iştirakından xeyli vaxt keçib. Hamını mənimlə öyünməyə məcbur edəcəyimə ümid bəsləyirəm. Bir neçə il əvvəl Tailand Qran-Prisi barədə şayiə gəzirdi ki, guya orada "Formula 1” mərhələsini qəbul etməyə qadir trass mövcuddur. Fikrimcə, orada yürüş keçirilsəydi, bu, çox gözəl olardı”.
"Gələn il bizi Vyetnamda keçiriləcək yürüş gözləyir. Bu, bizi Tailand mərhələsinə daha bir addım yaxınlaşdırır. Yarış mənə ev yürüşü təsiri bağışlayacaq. Lakin Tailandda avtomobil idmanının inkişafı davam edir. Ümid edirəm ki, artıq bu il Formula 1-in bünövrəsi qoyulacaq”, - deyə "GPblog” Albonun sözlərindən sitat gətirir.