“Maklaren”in bir hissəsi olmaq məni sevindirir”

“Maklaren”in bir hissəsi olmaq məni sevindirir”



Fernando Alonso "Maklaren” komandasına səfir təyin olunub. Bununla bağlı fevralın 27-də müqavilə imzalanıb. Alonso "Maklaren”in yürüş proqramının inkişafına kömək edəcək. Həmçinin Formula 1 üzrə ikiqat dünya çempionu komandanın test yürüşlərinə də qatılacaq.
"Maklaren”in səfiri olmaq mənim üçün qürurvericidir. Son dövrlər komanda müxtəlif çətinliklərlə üzləşsə də, mənim karyeramda mühüm yeri var. Ötən il mən Formula 1 karyeramı başa vurdum. Ancaq yenidən "Maklaren”in bir hissəsi olmaq məni sevindirir”, - deyə Alonso əlavə edib.