Beynəlxalq Avtomobil Şurasının iclası keçirilib

Beynəlxalq Avtomobil Şurasının iclası keçirilib


Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Cenevrədəki mənzil-qərargahında federasiyanın prezidenti Jan Todt və idman direktoru Qrem Stokerin rəhbərliyi ilə Dünya Avtomobil İdmanı Şurasının iclası keçirilib.

Şura işçi qruplarının hazırladıqları bir neçə təklifi təsdiqləyib.

Bu il pilotların şlemlərinə videokameraların quraşdırılması ilə əlaqədar bütün seriyalara aid edilən yeni qaydalar qəbul olunub. Yürüşçülərin şlemi istehsalçı tərəfindən müəyyən edilən ilkin spesifikasiyaya tam müvafiq olmalıdır. Videokamera da daxil olmaqla, hər hansı aksesuardan istifadəyə yalnız FİA-nın icazəsi ilə yol verilir.