Ukraynanın Berdiçyev şəhərində Kliçko qardaşlarının mükafatı uğrunda boks üzrə gənclər arasında 15-ci beynəlxalq turnir keçirilib.
Ukrayna mətbuatının verdiyi xəbərə görə, Azərbaycan boksçuları turnirdə 5 medal qazanıblar.
Sadiq Səmədov (91 kq) finalda Qazaxıstandan olan rəqibinə məğlub olaraq gümüş mükafata layiq görülüb. Hidayət Musayev (69 kq), Rahid Məmmədli, Emil Mövsümzadə (hər ikisi 81 kq), Məhəmmədəli Tahirov (91 kq-dan artıq) isə bürünc mükafatla kifayətlənməli olublar.