C qrupunda üçüncü yer
Batumidə keçirilən kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Aprelin 10-da Azərbaycan idmançısı Kənan Əliquliyev körpücük üzərinə çıxıb. O, 81 kiloqram çəki dərəcəsində C qrupunda yarışıb. Atletimiz iki hərəkətin cəmində 306 kiloqram nəticə ilə (135 kq+171 kq) öz qrupunda üçüncü yeri tutub. Onun yekun sıralamada tutduğu yer A və B qruplarında mübarizə başa çatandan sonra məlum olacaq. Ümumilikdə 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışda Azərbaycan yığma komandası altı idmançı ilə qatılıb.