Çinli yürüşçü Ye Yifei "Renault” İdman Akademiyasının yeni dinləyicisi olub. Sianyadan olan 18 yaşlı yürüşçü Formula 3-də "Hitech GP” komandasının şərəfini qoruyacaq.
Ye Yifei "Renault”nun dəstəklənməsi proqramında ilk çinli deyil. O, Quan Yu Çjouya qoşulub. Həmçinin Antuan Yuber, Viktor Martins, Kristian Lundqard, Maks Fyutrell və Çayo Kollet də Akademiyanın dinləyiciləri kimi qalacaqlar.
Ye Yifei kiçik seriyalarda yaxşı tanışdır. O, 2016-cı ildə ilk sınaqda Formula 4-ün Fransa çempionatında qalib gələrək, Avropada titul qazanan ilk çinli yürüşçü olub. Bundan sonra Ye Yifei Formula çempionatının "Renault 2.0” komandasına keçib. Burada o, ötən il iki qələbə ilə Avropa Kubokunda üçüncü yeri tutmağı bacarıb.
Bu qış Ye Yifei, həmçinin Asiya Formula 3-ün qış seriyasında iştirak edib və vitse-çempion olub. Məsələn, bu çempionatda "Red Bull”un yetirməsi Daniel Tiktum superlisenziya üçün xallar qazanmaq cəhdi ilə çıxış edib. Lakin yüksək rəqabət səbəbindən onun bu niyyəti baş tutmayıb və Tiktum hətta seriyanın final mərhələsində iştirak etməyib.
Ye Yifei deyib: "Renault Sport Academy”yə qoşulmaq mənim üçün böyük şərəfdir. Mən son illər ərzində gördüm ki, onun dinləyiciləri yürüşlərdə böyük uğurlara nail olurlar. Akademiya bütün sahələrdə - fiziki hazırlıqda, dünya səviyyəli mühəndislərdə fəaliyyətdə, KİV-lərlə işdə və karyeranın idarə edilməsində çox güclü dəstək verir.
Mən "Renault” kimi dünyaca məşhur brendlə işləməyin əhəmiyyətini də, əlbəttə ki, dərk edirəm. Bu il və gələcəkdə də yaxşı nəticələrlə onların nüfuzunu dəstəkləyəcəyimə ümid edirəm. Mən günlərin bir günü Formula-1 çempionatında "Renault” komandasına qoşulmaqdan ötrü gərgin çalışacağam”.